Fransızları ruslara möhtac qoyan "Sovet şampanı" necə yarandı?

12 Fevral 2018 01:30

Şair Vladimir Mayakovskinin fikrincə, ananaslar və balıqlar burjua yeməyi hesab edilirdi. Çox güman ki, bura şampan və şərablar da daxil edilə bilər. Onun fikrinə görə, bütün bunlar zadəganlar üçün idi. Qəribə görünsə də, tarix boyu şərablar yuxarı təbəqənin içkisi hesab edilib. Bu səbəbdən Sovet hakimiyyəti şampan və şərabları nəinki qadağan etdi, hətta əmr verdi ki, xüsusi tərkibli "Sovet şampanı" hazırlansın. Təbii ki, bu şərabların istehsal texnikası fransızların texnikasından tamamilə fərqlənməli idi.

Milli.Az Sovet şampanının yaranma tarixi haqqında maraqlı faktları təqdim edir:

Hələ 20-ci illərin əvvəllərində kənar şərabların istifadəsinə qadağa qoyulmasının ardından, sovet şərabçılarını bir sual maraqlandırırdi: sürətli və ucuz şərab əldə etmək üçün nə etmək lazımdır?

Sualın cavabı olacaq layihəyə isə daha əvvəllər çar üzümlüklərində təcrübə keçmiş, tanınmış şərabçı Anton Mixail Frolov-Baqreyev rəhbərlik edirdi. Məhz Frolov-Baqreyevin "sürətləndirilmiş şampan hazırlama" metodu sayəsində sürətlə hazırlanan sovet şərabları yüksək keyfiyyət standartlarına cavab verməyə başladı. Şərabın istehsalat müddəti qısa olsa da, keyfiyyəti olduqca yüksək idi.

Qoca şərabçı layihəsinə görə hakimiyyətin diqqətini çəkib. Əməklərinin qarşılığında Lenin ordeni ilə və 3 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Lakin buna baxmayaraq, yaşlı alim yalnız 1942-ci ildə, 65 yaşında Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olunub.

"Sovet şampan şərabı"nın kütləvi istehsalı 1937-ci ildən başlanıb. Şərabın istehsalçısı, şampan şərabları üzrə ən məşhur zavodlardan biri olan "Şossepe" olub. Şampan şərablarının dequstasiyasını isə şəxsən İosif Stalin özü keçirirdi. Bu şampanlar artıq xalq içkisi hesab olunurdu. O dövrdə bayramlarda süfrələri şampansız təsəvvür etmək qeyri-mümkün idi.

Daha sonralar bu şərabların plagiatları istehsal olunmağa başlasa da, orijinal malın keyfiyyətinə çata bilmədilər. Buna sübut kimi, 1975-ci ildə Fransanın məşhur şərab zavodu olan "Moet" məhz "Sovet şampan şərabı"nın resepti əsasında şampan istehsal etdiyini etiraf etdi.

Lakin 1997-ci ildə fransız şərabçıları müəllif hüquqlarını pozmağa cəhd edərək, təklif etdilər ki, şərab qablaşdırmalarının içəri tərəfdən rus dilində "sovet şampan şərabı" yazılsın. Amma satışa "TM Soviet Sparkling" adı altında buraxılsın.

O vaxt Sovet dövründə bu orijinal təamın qiyməti pul islahatları keçirilməmişdən qabaq 5 rubl 50 sentə satılırdı. Ucuz olsa da, sovet əhalisi əsl şərabın dadını bilirdi. (publika.az)

Milli.Az