Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması üçün saziş imzalayacaq

29 Dekabr 2017 13:14

Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, sazişin imzalanması üçün Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Rusiyadan 4 ədəd S-400 zenit-raket kompleksinin alınması ilə bağlı razılıq əldə etmişdi. Sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Milli.Az