Əhli-Beyt (ə) davamçısı ilə onları sevənlərin fərqi

30 Dekabr 2017 19:40

Yusif ibni Muhəmməd və Əli ibni Səyyar nəql edir: "Gecələrin birində İmam Həsən Əsgərinin (ə) evinə getmişdik. Şəhər valisinin İmama (ə) xüsusi münasibəti var idi və əlləri bağlı olan bir şəxsi İmamın (ə) evinə gətirmişdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o, İmama (ə) dedi: "Ya ibni Rəsulallah! Bu şəxsi pul dəyişdirilən dükanda oğurluq edən zaman tutmuşuq. Onu başqa oğrular kimi cəzalandırmaq istəyəndə dedi ki, İmam Əlinin (ə) və sizin davamçılarınızdandır. Biz də cəzalandırmaqdan əl saxladıq. Sizin yanınıza gəldik ki, təklifimizi bizə aydın edəsiniz".
 
Həzrət (ə) buyurdu: "Allaha pənah aparıram. O, Əli (ə) davamçısı deyildir. O, öz nicatı üçün belə iddia etmişdir".
 
Vali oğrunu götürüb apardı və məmurlarına əmr etdi ki, onu cəzalandırsınlar. Onu yerə yıxıb, kürəyinə şallaq vurmağa başladılar.
 
Ancaq hər nə qədər şallaq vurdularsa, yerə dəyirdi, onun bədəninə dəymirdi.
 
Bu zaman vali yenə həmin şəxsi İmamın (ə) yanına gətirdi və dedi: "Ya ibni Rəsulallah! Çox təəccüblüdür, buyurursunuz ki, o, sizin davamçılarınızdan deyildir. Əgər sizin davamçılarınızdan deyildirsə, onda şeytanın (lən) davamçısı olur. Gərək Allah Təalanın atəşində yansın.
Mən bu şəxsdən kəramət və möcüzə gördüm. Məmurlar ona nə qədər şallaq vurdularsa yerə dəydi, bədəninə dəymədi. Bütün insanlar bu vəziyyətdən təəccüb etdilər".
 
İmam (ə) valiyə üzünü tutub buyurdu: "Ey Allah bəndəsi! O, öz iddiasında yalan deyir. O, bizim davamçılarımızdan deyildir, bəlkə bizi sevənlərdən və dostlarımızdandır".
 
Vali dedi: "Bizim nəzərimizdə davamçı ilə dostun bir fərqi yoxdur. Zəhmət olmasa, onların fərqini bizə deyin".
 
Həzrət (ə) buyurdu: "Bizim davamçılarımız o kəslərdir ki, bütün həyat məsələlərində bizim əmrlərimizə müti olarlar. Çalışarlar ki, heç bir mövzuda bizə müxalifətlik və günah etməsinlər. Hər kim bu yolun əksinə olar və (amma) bizə məhəbbət, əlaqəsini bəyan edər - bizim dostumuz olar, davamçımız deyil".
 
Sonra İmam (ə) valiyə dedi: "Sən də böyük yalanı iddia etdin və dedin ki, möcüzə görmüsən. Əgər bu söz iman və elmlə (yəni, elminlə bu sözü desəydin) olarsa, cəhənnəm əzabına layiq olar. Möcüzə - Allahın peyğəmbərlərinə (ə) və biz Əhli-Beytə (ə) məxsusdur".
 
İmam (ə) mübarək üzünü oğruya çevirib, buyurdu: "Əli (ə) davamçısı gərək bütün həyat işlərində Əhli-Beyt (ə) davamçısı və onun ardıcılı olsun. Onu hər bir halda təsdiq etsin. Həmçinin çalışsın ki, onunla heç bir müxalifliyi olmasın. Xülasə o kəs ki, bütün məsələlərində özünü onun mütisi bilsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin