Qırmızı kələm salatı - RESEPT

31 Dekabr 2017 07:00

Bayram yaxınlaşır və süfrələr bir-birindən ləziz təamlarla bəzədiləcək. Amma diqqət etmək lazımdır ki, həmin təamlar ləzzətli olduğu qədər, həm də sağlam olsun. Milli.Az ailem.az-a istinadən dadlı və sağlam qırmızı kələm salatının reseptini təqdim edir.

Lazım olanlar:

1 ədəd qırmızı kələm

1 stəkan qatıq

4 xörək qaşığı mayonez

2 diş sarımsaq

3 xörək qaşığı duru yağ

Duz

Hazırlanması:

Əvvəlcə kələmi nazik-nazik doğrayın. Bir tavanın içərisinə ataraq 15-20 dəqiqə boyunca kələmlər yumşalana qədər qovurun. Kələmlər qovrulduqdan sonra yaxşıca soyumasını gözləyin. Ayrı bir qabın içərisində 2 diş sarımsağı rəndələyin. Üzərinə mayonez və qatığı əlavə edin. Sonra bir qabın içərisinə qoyaraq kələmlərlə bərabər yaxşıca qarışdırın və boşqaba qoyaraq servis edin.

Nuş olsun!

Milli.Az