"Çelsi" futbol komandasının baş məşqçisi Antonio Konte "Brayton"u 2:0 hesabı ilə yendikləri İngiltərə Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında şampan şərabı içib.
Milli.Az report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib.
O deyib:
"Düzdür, Milad bayramı iki gün əvvəl idi. Amma mən bugünkü oyundan sonra sizi təbrik etmək istərdim. Sizə və ailənizə xoşbəxt yeni il arzulayıram. "Çelsi" üçün Yeni İldə "Stok Siti" ilə oyun olacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam".
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la birgə yer aldığı qrupdan ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib. Növbəti mərhələdə rəqib İspaniya "Barselona"sı olacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində