Henk Mariman: "İlk dəfə eşidəndə ki, Azərbaycana gedəcəyik, bu mənim üçün fövqəladə bir hadisə oldu"
2 Avqust 2011 13:49
"Biz Azərbaycana Ostend-Brno-Bakı reysi ilə gedəcəyik. Yol uzaq olduğundan səfərimiz 3 gün çəkəcək. Bununla belə, biz yol üçün lazımi tədarük görmüşük".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Brügge" klubunun idman direktoru Henk Mariman deyib.
Mariman daha sonra bunları əlavə edib: "Bakı ilə 3 saat fərq olmasına baxmayaraq, bu bizim üçün çətinlik yaratmayacaq. Lakin havanın isti olması oyunçuların işini bir qədər çətinləşdirəcək. Bununla belə, biz özümüzlə kifayət qədər su və içki götürəcəyik.
Təbii ki, belə havada nə qəhvə, nə də çaya ehtiyacımız olacaq. İlk dəfə eşidəndə ki, Azərbaycana gedəcəyik, bu mənim üçün fövqəladə bir hadisə oldu. Çünki bu ölkədə olmaq mənim üçün bir yenilik olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Brügge" oyunu avqustun 4-də saat 21:00-da başlayacaq.
Milli.Az