Nəql edirlər ki, Ayətullah Behcət mütaliə edən zaman heç kəsin otağa girməyi cürəti olmazdı, tək bir nəfərdən başqa. O da alimin nəvəsi Mahmud idi. Mahmud otağa girər və birbaşa kitab şkafına tərəf gedərdi. Alim onu görən zaman oxuduğu kitabı yerə qoyar və nəvəsinə məhəbbətlə baxardı.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Mahmud kitab şkafından bir kitabı götürər və yerə uzanıb onu vərəqləyərdi. Alim soruşardı:
- Nə edirsən?
Mahmud deyərdi:
- Ağacan, lütfən mane olma, dərsim vardır!
Bu sözlər alimin gülməyinə səbəb olardı. Mahmud da ayağa qalxar və gedərdi. Sanki vəzifəsi babasını güldürmək olardı.
O zaman ki, Ayətullah Behcət evdə olardı, meydan nəvələrində olardı.
Heç kəsin cürəti çatmazdı ki, onlarla kobudluq etsin. Alim deyərdi:
- Onlar məsumdurlar və cazibəli olmaqlarının səbəbi də ismətlərindədir. (Tebyan)
Ayətullah Behcət hər gün nəvələrinə tövsiyə edərdi ki, dörd "Qul" surələrini ("Tövhid", "Nas", "Fələq", "Kafirun") və "Ayətül-kürsü"nü oxusunlar.
Özü isə onlara belə dua edərdi:
"اَللّٰهُمَّ اجْعَلْهُ فٖی دِرعِکَ الحَصٖینَةِ الَّتٖی تَجْعَلُ فٖیهٰا
مَنْ تُرٖیدُ."
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin