Əllər, yoxsa ayaqlar?
26 Mart 2010 19:33
Onlar sübut ediblər ki, insan təkamülünün ilkin mərhələsində əllər deyil, ayaqlar daha mühüm rol oynayıb.
Tədqiqatın nəticələri barədə Britaniyanın Bi-Bi-Si radiostansiyası xəbər verib.
İndiyədək belə hesab olunurdu ki, alətlər və müxtəlif vasitələr hazırlayan əllər müasir insanın yaranmasında əsas rol oynayıblar. Lakin ən yeni tədqiqatlar bu nöqteyi-nəzəri təkzib edir. Tədqiqatın rəhbəri Kembel Rolian bildirmişdir ki, insan yalnız dik gəzməyə başlayandan sonra əllərindən iş üçün istifadə edə bilib.
Əllər, ilk növbədə, barmaqlar və ovuc yalnız pəncədə dəyişikliklər baş verdikdən sonra inkişaf etməyə başlayıb. Kanada alimləri insan ilə ona genetik cəhətdən yaxın olan şimpanzenin əl və ayaqları arasında müqayisə apararaq gözlənilməz qanunauyğunluq aşkar ediblər. Demə, əlin baş barmağının uzunluğu pəncənin uzunluğundan asılıdır. Əl və ayaqlar arasında bu və ya digər asılılığın genetik səbəbləri vardır.
Kanada alimlərinin yaratdığı riyazi model sübut etmişdir ki, məhz ayaqlarda baş verən dəyişikliklər əllərin inkişafına səbəb olub.
Milli.Az