“Deja vu”nun səbəbi nədir?

1 Yanvar 2018 18:50

Bu tamamilə yeni bir təcrübə olmasına baxmayaraq otağa girdiyiniz zaman anidən beyniniz dərin bir tanışlıq dalğası ilə bulanıqlaşır. Elmi-futuristik bir səhnəyə daxil olmuşsunuz kimi sanki gələcəyə daxil olmuşunuz kimidir bu. Şanslısınız ki, bu vəziyyəti həyatınız boyunca "deja vu" adı altında yaşadınız. Deja vu (fransızca "görülmüş olan") insanların təxminən 60-80%-ində görülür; bu fenomen demək olar ki, hər zaman çox qısa müddət davam edir və hər an ortaya çıxa bilir. Geniş və əhatəli araşdırmalara baxmayaraq hələ də elmi ictimaiyyət tərəfindən deja vu partlaması yanlış anlaşılır.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Texas A&M Tibb Elmləri Mərkəzi və Tibb Fakultəsi, Nevroelm və Eksperimental Terapevtiklər Departamentində Dosent (Assistant professor in the Department of Neuroscience and Experimental Therapeutics, at the Texas A&M Health Science Center College of Medicine) olaraq çalışan Mişel Huk deja vu haqqında danışarkən "Deja vu təcrübəsini yaradan aşkar diaqnoz qoyula bilən bir stimul olmadığı üçün (bu bir şəxsin retrospektiv hesabatıdır) deja vu-nu laboratoriyada analiz etmək çox qəlizdir" - deyə bildirir.

Beyində axsaqlıq?
Huk deyir ki, bir çox araşdırmalara görə təxminən insanların üçdə ikisi həyatında ən azı bir deja vu halı təcrübə edir. O həmçinin bildirir ki, yaddaş depolarının mexanizmini anlamaq niyə bəzi insanların daha çox epizod yaşaması sualının cavabına işıq tuta bilər.

Deja vu hadisələri yaddaşın beynin içində necə saxlandığı ilə yaxından əlaqəlidir. Uzun müddətli xatirələrin, hadisələrin və faktların saxlanılması beynin temporal loblarında baş verir və temporal lobların bəzi spesifik hissələri eyni zamanda aşinalıq müəyyənləşdirilməsi və bəzi hadisələrin tanınması üçün əvəzolunmaz bir ünsürdür. Çıxarış: Temporal lob xatirələrinizi yaratdığınız yerdə saxlayır.

Deja vunun temporal lob ilə əlaqəsi və yaddaş saxlanması hələ də nisbətən bilinməməklə bərabər, hadisə ilə əlaqəli işarələr temporal lob epilepsiyasından əziyyət çəkən insanlardan (beyindəki sinir hüceyrələrinin iş rejiminin pozulması - qıcolmalar keçirilən vəziyyətlərdən) əldə edilmişdir. Əldə edilən əlamətlər deja vu hadisəsinin beynin elektrik axımındakı pozulmalardan əmələ gələ biləcəyini düşündürməkdədir.

Epileptik qıcolmalar beyindəki funksiya pozğunluğu ilə (sinir hüceyrəsi) "alov" neyronlarının elektrik siqnallarını pozan fəaliyyəti ilə xarakterizə olunur. Bu stimullar beyin mənşəli qıcolmalara səbəb ola bilir. Dr Huk açıqlamalarında Leeds Universitetindəki elm adamları tərəfindən Epilepsiya tədqiqat və müalicəsində nəşr olunan klinik hesabatlar, temporal lob epilepsiyasından əziyyət çəkən xəstələrdə, demək olar ki, epileptik qıcolma hadisəsindən əvvəl bir növ siqnal olaraq dejavu yaşandığını bildirir. Bəs epilepsiyası olmayan sağlam insanlarda deja vu- nun səbəbi nədir?

Bəzi elm adamları bu vəziyyəti beyində "axsaqlıq" olaraq adlandırırlar - tanıma və aşinalıq işlərini icra edən neyronlar beynin keçmişinə görə indi xəta etməsinə səbəb ola bilirlər. Əslində epilepsiyaya səbəb olan o anormal elektrik siqnalları sağlam insanlarda da görülə bilər. Buna bir örnək olaraq hipponogogik sarsıntını (bir insan yuxuda ikən baş verən qeyri-ixtiyari əzələ spazmı) göstərmək olar.

Sinir cığırlarındaki keçidlər
Deja vu-nun sağlam insanlardaki örnəkləri beynin sinir cığırlarında bir "uyğunsuzluq" ilə də əlaqələndirilə bilər. Bunun səbəbi beynin məhdud məlumat girişi ilə ətrafımızdaki dünyanın bütün anlayışlarını yaratmağa çalışması ola bilər.

Məsələn, beynin təfsilatlı bir xatirə yaratmağı üçün tanıdığı bir qoxu kimi az miqdarda emosional məlumat kifayət edə bilir. Deja vu beynin yaddaş sistemindəki ziddiyyətlərlə əlaqəli ola bilər, bu da emosional məlumatın qısa müddətli yaddaşı keçməyinə və bunun yerinə uzun müddətli yaddaşa çatmağına səbəb ola bilər. Bu isə yeni yaşanan anın keçmişdə yaşandığını hiss etdirən narahat edici bir hiss yarada bilər.

Vizual sistemdə emosional məlumatlar beyindəki yüksək kortikal mərkəzlərə (yaddaş, diqqət, qavrayış, şüur, düşüncə, dil və şüur baxımından əhəmiyyətli rol oynayan sahələr) bir çox fərqli yollarla dolaşır və bütün məlumatlar bu mərkəzlərə eyni vəya yaxın zamanlarda çatır. Hook deyir ki, bəzi elm adamlarına görə bu sinir yolu boyunca beyində analiz etmə qabiliyyətində fərqlər olduğu zaman qavramanın pozulması və siqnalın iki ayrı mesaj olaraq göndərilməsi baş verə bilir. Beyin ikinci versiyanı yavaşladılmış ikinci bir yol ilə - ayrı bir qavrama təcrübəsi olaraq- şərh edir və dolayısı ilə uyğun olmayan aşinalıq hissi (deja vu) yaranır. Huka görə deja vu və onun mexanizmləri haqqında hələ öyrəniləcək çox şey var. O bildirib ki, Déjà vunun arxasındakı mexanizmlərin səbəbi ilə əlaqəli sadə bir cavab hələ olmaya bilər, ancaq daha irəli araşdırmalar və elmi işlərlə deja vu fenomeni üçün qəti dəlillər gələcəkdə kəşf ediləcəkdir. Görəsən, bu Deja vunu da təkrar təcrübə etmək kimi birşey deyil?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin