10 mindən çox "Jeep" geri çağırılır

22 Dekabr 2017 21:36

"FCA Rus" şirkəti Rusiyada 10 mindən çox "Jeep" avtomobilini geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar əyləc gücləndiricilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Milli.Az