Maşın ustası ehtiyatsızlığın qurbanı oldu

26 Mart 2010 13:14

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə martın 24-də saat 17.15 radələrində, Binəqədi rayonundakı A.Məmmədov küçəsindəki avtomaşınların təmiri sexində baş verib. Orada işləyən M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Mirfamil Seyidov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırmalar aparılır.

Milli.Az