Cenifer Lopez dəbdəbəli villasını satışa çıxarıb: 4 yataq otağı və 11 hamam... - FOTO

21 Dekabr 2017 11:45

Dünyaca məşhur olan müğənni Cenifer Lopezin Nyu Yorkda yerləşən dəbdəbəli villası satışa çıxarıb.

Milli.Az media24.az-a istinadən xəbər verir ki, keçmiş beyzbol oyuncusu olan sevgilisi Alex Rodriguezlə birlikdə yaşamağa qərar verən müğənni evini 27 milyon dollara satışa çıxarıb. 4 yataq otağı və 11 hamamı olan villa böyüklüyü və genişliyi ilə media gündəmindən düşmür.

Qeyd edək ki, ev 1924-cü ildə inşa edilib. Digərlərindən isə qeyri-adi və müasir dizaynı ilə seçilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində