İrina Şeyki ələ saldılar, o da sinirləndi - Məni dolamısınız?! - VİDEO - FOTO

21 Dekabr 2017 13:53

Dünyanın ən məşhur modellərindən biri, supermodel İrina Şeykin "Love" jurnalı üçün Milad bayramı münasibətilə çəkildiyi birmənalı qarşılanmayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı model reklamda "cowgirl", yəni kovboy qız obrazı yaradıb. Yarıçılpaq, başında şlyapa olan İrina "kaktus"ların fonunda rəqs edir, oyuncaq atı minib çapır.

Onun arxasında isə əynində kaktus kostyumu olan kişi ilə qara paltarlı "kovboy" mübarizə aparırlar.

İrina Şeyk reklamın videosunu sosial şəbəkələrdə paylaşandan sonra sərt tənqid olunub.

İstifadəçilər bu reklamı absurd və gülünc sayıblar, ələ salıblar.

İrina Şeyk sinirlənib: "Məni dolamısnıız?! Milad reklamı film olmalıydı?!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin