Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı: Deyir, sevgini kişi kimi bəyan et - FOTO

20 Dekabr 2017 12:08

Dünən doğum gününü qeyd edən Zaur Kamal hədiyyə baxımından korluq çəkməyib.

Milli.Az xəbər verir ki, Zaur "5/5"də ona hədiyyə göndərənlərin adını sadalayaraq bir-bir təşəkkürünü bildirib. Gələn hədiyyələrdən birini əlinə götürən Zaur "Deyir "Zaur, bu hədiyyə bir ay danışılacaq". Mənə dedilər ki, dəyəri 5 min manatdır" sözləri ilə ona gələn ən bahalı hədiyyəni tamaşaçıların önündə açmağa başlayıb.

Brilliant üzüyü qutusundan çıxaran Zaur üzərinə baxdıqdan sonra "Mətanət Əsədovanın hədiyyəsidir. 1,5 karatdır. Qiyməti 5 min 500 manat" ifadələrini işlədib.

Aparıcı daha sonra "Mənə deyir ki, "Zaur sevgini efirdə kişi kimi bəyan et". Mətanət, mən səni çox istəyirəm" deyib. 

Qeyd edək ki, Zaur doğum günündə Damla Şəbnəm Tovuzludan da çox bahalı hədiyyələr qəbul etdiyini etiraf edib.

Verilişdən həmin anları fotolarla təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində