Hər gün 250 min sərnişinin qəbul edildiyi, 2500-dən çox uçuşun baş tutduğu Hartsfield-Jackson hava limanında işıqlar söndürülüb.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin kəsilməsi minlərlə sərnişinə təsir edib. Onlar qaranlıq terminallarda çarəsiz vəziyyətdə qalıblar.
İşıq sönən zaman çəkilən şəkillər sosial şəbəkədə paylaşılıb.
Atlantanın valisi baş verən hadisəyə görə üzr istəyib.
Qeyd edək ki, hazırda elektrik enerjisi bərpa edilib. Lakin uçuşların çoxu təxirə salınıb.
Milli.Az fotoları təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində