Liftdə köməksiz qalan 3 nəfər xilas edilib

17 Dekabr 2017 21:40

Bakı şəhərinin Nəsimi rayonunda 3 nəfər liftdə kömksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara liftdən çıxmağa kömək ediblər.

Əməliyyat başa çatıb.​

Milli.Az