“National Geographic”in əməkdaşlarına hücum edildi

17 Dekabr 2017 09:14

Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs "National Geographic" jurnalının əməkdaşlarına hücum edib, nəticədə iki müxbir bıçaq xəsarətləri alıb.   

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident populyar turizm məkanında baş verib. Hücum edən 53 yaşlı Niger vətəndaşı saxlanılıb.  

Qabonda 19 ildir məskunlaşan saxlanılan şəxs hücumu "ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı elan etdiyinə görə" törətdiyini etiraf edib.    

Məlumata görə, xəsarət alan müxbirlərdən birinin vəziyyəti ağırdır. Onların Danimarka vətəndaşı olduğu bildirilir.  

Araşdırma davam etdirilir. 

Milli.Az