Evdə pişik və it saxlamaq ölümə aparırmı?

30 İyul 2011 16:15
Milli.Az xəbər portal bildirir ki, İstanbul Universiteti Baytar Fakültəsi Daxili Xəstəlikləri Fundamental elm sahəsindən Dr. Banu Dokuzeylül və Dr. Meltem Ulutaş, ev heyvanı tüklərinin insan tükündən fərqli olmadığını və kista yaratmadığını söyləyərək açıqlama veriblər.

Açıqlamada bildirilir ki, "Pişik və it tükləri qətiyyən kista yaratmır. Onların tüklərinin insanların saçından fərqi yoxdur. İnsanların səhv fikirləşdiyi odur ki, kista yaradan tük deyil. Pişik, it kimi heyvanlardan insanlara keçən bir parazit başda qaraciyər olmaqla  bəzi orqanların içində içi maye dolu kistalar meydana gətirir və buna kista hidatik adı verilər. Kista hidatik digər kistalardan fərqli olaraq kistanın içindəki mayedə parazitin balaları əmələ gəlir. Kista hidatik, pişik, it, tülkü, qurd kimi heyvanların bağırsaqlarında yaşayan Echinococcus adlı parazit vasitəsilə insanlara bulaşır.

Echinococcus, itlərdə xəstəlik yaratmır. Çünki yumurtası, onların həzm sistemində parçalana bilmir və parazit, yumurta içində nəcis ilə atılır. İt və pişiklər özlərini yalayaraq təmizləyərkən bu yumurtaları bədən tüklərinə keçirdirlər. İnsanlar bu heyvanlarla toxunması və ya nəcisləriylə çirklənmiş tərəvəz, meyvələrin yaxşı yuyunmamış yeyilməsi nəticəsində həmin yumurtaları udurlar. Udulan yumurtalar  xəstəlik meydana gətirir. Yəni "insanların tük boğazına qaçır, ciyərinə yapışır, kista yaradır" fikrinin təməli budur. Ona görə evdə heyvan saxlayanlara tövsiyə edirik ki, heyvanlarına yaxşı qulluq göstərsinlər, onlara çiy xüsusilə damarlı ət yedirtməsinlər, keyfiyyətli yemlər seçməyə diqqət etsinlər, təmizliklərinə xüsusi fikir versinlər. Bu bakteriya bütün meyvə və tərəvəzlərdən bulaşa bildiyi üçün qidalar diqqətlə yuyaraq istehlak edilməlidir".


Milli.Az