Bir ayda 6700 müsəlman öldürüldü - 730-nun yaşı 5-dən azdır

16 Dekabr 2017 11:57

Sərhəd tanımayan həkimlər (MSF) Myanmarda öldürülən müsəlmanlarla bağlı hesabat açıqlayıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, onların yaydığı hesabata görə, sadəcə, bir ay ərzində Myanmar əsgərləri 6700 rohinya müsəlmanını qətlə yetiriblər.

Onlardan 67 faizi güllə ilə, 9 faizi yandırılaraq, 5 faizi döyülərək öldürülüb. MSF-nin məlumatına görə, öldürülən 6700 nəfərdən 730-nun yaşı 5-dən az olub.

"Biz Myanmardakı qətliamdan qaçıb canını quratan, Banqladeşdəki natəmiz ərazilərə yerləşdirilən müsəlmanlarla görüşdük və söhbət etdik" deyə MSF-nin rəhbəri Sidney Vonq bildirib.

Bəxtiyar Umarlı
Milli.Az