Peterburqda terror aktının qarşısı alındı

15 Dekabr 2017 15:59

Sankt-Peterburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində planlaşdırılan terror aktının qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən xəbər veirr ki, iki gün ərzində keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının üzv olduğu hesab edilən 7 şəxs saxlanılıb.

Onların dekabrın 16-da Sankt-Peterburqun kütləvi yerlərində partlayışların törədilməsi planlaşdırdığı məlum olub.

Məlumata görə, əməliyyat nəticəsində çox sayda partlayıcı maddə, silah-sursat və ekstremist ədəbiyyat ələ keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində