Yeni Günəş sistemi tapıldı - VİDEO - FOTO

15 Dekabr 2017 10:33

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Kepler-90i adlı yeni ekzoplaneti aşkarlayıblar. Bu ekzoplanet Kepler-90 ulduzunun ətrafında dövrə vuran 8-ci planetdir.

Milli.Az NASA-nın rəsmi saytına istinadən bildirir ki, beləliklə, Kepler-90 Günəş sistemindən sonra tərkibində 8 planet olan ikinci planetar sistem sayılır.

Kepler-90i ölçüləri Yerdən 30 faiz artıq olan və ulduzu ətrafında 14,4 sutkaya tam dövrə vuran qaynar, qayalıq ekzoplanetdir.

Onun yaydığı siqnallar zəif olsa da, Google-un neyron şəbəkəsi vasitəsilə amerikalı alimlər ekzoplanetin koordinatlarını dəqiq müəyyənləşdirə biliblər.

"Kepler-90 planetar sistemi Günəş sisteminin mini-versiyasına bənzəyir. Bu sistemin daxilində kiçik, kənarlarına yaxın böyük planetlər var və o, kiçik, kompaktdır", - Google-un nümayəndəsi Kristofer Şalye deyib.

Günəş sistemindən təqribən 2500 işıq ili məsafəsində yerləşən Kepler-90 ulduzu Günəşlə müqayisədə daha qaynardır.

Kepler-90 ulduzu NASA-nın "Kepler" kosmik teleskopu vasitəsilə aşkarlanıb. 2009-cu ildə orbitə çıxarılmış bu teleskop Günəş sistemindən kənardakı ekzoplanetlərin tapılması üçün hazırlanıb. Amerikalı alimlər indiyədək "Kepler" vasitəsilə 1024 ekzoplanet aşkarlayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В NASA нашли вторую Солнечную систему

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin