Ermənistan və Gürcüstan vətəndaşları Polşadan deportasiya ediləcək

26 Mart 2010 11:46
Gürcüstanın Polşadakı səfiri İrakli Kavtaradze bildirib ki, Gürcüstan vətəndaşları ilə yanaşı, Ermənistan vətəndaşları da deportasiya olunacaq.

Onun sözlərinə görə, qaçqınlar düşərgəsində Gürcüstanın 10 vətəndaşı deportasiyanı gözləyir. Onlar Ermənistan vətəndaşları ilə birlikdə Varşava - Vyana - Tbilisi - Yerevan xüsusi reysi ilə gedəcəklər.

/Trend/