Riberi rekorda imza atıb

15 Dekabr 2017 08:59

Bundesliqa çərçivəsində "Köln" ilə oyun "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Frank Riberi üçün əlamətdar olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu görüş 34 yaşlı fransalı futbolçunun Münxen təmsilçisinin heyətində 366-cı oyun olub. Riberi bu göstərici ilə legionerlər arasında rekorda imza atıb.

Daha əvvəl rekord Hasan Salihamiciçə məxsus idi. Futbolçu Almaniya klubunun heyətində 365 oyunda meydana çıxıb.

Milli.Az