Moskvada rekord: təmirsiz mənzil 4,15 milyarda satılır - FOTO

14 Dekabr 2017 12:37

Rusiyanın paytaxtı Moskva dünyanın ən bahalı şəhərlərindən biridir. Moskvada daşınmaz əmlak da çox bahalıdır. Lakin bu günlərdə satışa çıxarılmış iki mənzilin qiyməti heyrət doğurur.

Milli.Az Vedomosti-yə istinadən bildirir ki, Moskvanın Patriarişe Prudı səmtində, Qranatnaya döngəsinldə inşa edilmiş "Granatny Palace" yaşayış kompleksindəki binalardan birinin 8-ci mərtəbəsində yerləşən mənzil 4,15 milyard rubla (70 milyon dollar) satılır. Mənzil təmirsizdir.

Ümumi sahəsi 952 kvadrat metr olan penthaus binanın 8-ci mərtəbəsini bütünlüklə tutub.

Digər mənzil isə "Moskva" otelindədir. Heç bir təmiri olmayan 1200 kvadrat metrlik ikimərtəbəli mənzilin ilkin satış qiyməti 3,72 milyard rubldur.

Bu iki mənzilin təmir layihələrindəki interyer dizaynı fotolarını təqdim edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin