Ağdam, Tovuz, Xocavənd və Tərtər istiqamətlərində atəşkəs pozulub

26 Mart 2010 10:58
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 25-də saat 19.10-dan 19.20-dək Berd rayonunun Mosesqex kəndindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21.02-dən 21.12-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, saat 22.03-dən 22.07-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, martın 26-da saat 01.15-dən 01.45-dək və 02.40-dan 03.05-dək Tərtər rayonunun Göyarx və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Milli.Az