Goranboyda "06" yük maşını ilə toqquşdu: 2 qardaş öldü - VİDEO - FOTO

13 Dekabr 2017 17:21

Goranboy rayonunda ağır yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Qarqucaq kəndində Elçin Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Elçin Əsgərov, onun qardaşı Tural Əsgərov və digər sərnişin - Kamil Qəhrəmanov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Goranboyda