3 ay öncə "100 min versə, Damla ilə duet oxumaram" demişdi, nə dəyişdi? - FOTOFAKT

13 Dekabr 2017 14:54

"Dostum" duetindən sonra aralarında soyuq yellər əsən Damla -Elnar Xəlilov cütlüyü barışıb.

Milli.Az xəbər verir ki, hər iki gənc ifaçı ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olub və duetlərini birgə ifa ediblər. Müğənnilərin veriliş əsnasında dialoqları da aralarındakı küsülülüyün sona çatdığına işarə verib.

Qeyd edək ki, Damladan inciyən Elnar "100 min versə, Damla ilə duet oxumaram. Deyirlər ki, uzunqulaq palçığa 1 dəfə batır, 2 dəfə batmaz heç vaxt" sözləri ilə hələ uzun müddət həmkarı ilə bir araya gəlməyəcəyi mesajını vermişdi.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində