Vüqar Həşimov Amber-2010 superturnirində altıncı yeri tutdu

26 Mart 2010 10:38
Dünyanın 12 aparıcı şahmatçısının iştirak etdiyi turnirdə Azərbaycan qrossmeysteri Vüqar Həşimov yekun turunda rusiyalı Pyotr Svidlerlə hər iki partiyanı heç-heçə oynayıb və ümumilikdə 22 mümkün xaldan 11,5 xal toplayaraq altıncı yeri tutub. İdmançımız Boris Gelfand, Pyotr Svidler, Levon Aronyan, Ruslan Ponomaryov, Yan Smits, Lenyor Dominges kimi şahmatçıları geridə qoyub.

On bir turun nəticəsinə görə Vasili İvançuk (Ukrayna) və Maqnus Karlsen (Norveç) hərəyə 14,5 xal toplayaraq birinci-ikinci yerləri bölüşürlər. Üçüncü yeri 13 xalla keçmiş dünya çempionu rusiyalı Vladimir Kramnik tutub.

Xatırladaq ki, superturnirin mükafat fondu 216 min avro idi.

/AzərTAc/