İstanbulda 20 mindən çox polis işdən azad edilib

12 Dekabr 2017 15:30

Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində