Cərrah-transplantoloq Saymon Bremholl işdən qovulub və onun məhkəməsi başlanıb.
Milli.Az The Guardian-a istinadən bildirir ki, İngiltərənin Birmingem şəhərindəki "ueen Elizabeth Hospital" çalışmış 53 yaşlı cərrah əməliyyatlardan birində pasiyentin qaraciyərinə adı ilə soyadının baş hərfləri olan "S" və "B" yazıbmış.
Olay həmin qaraciyərin pasiyentə transplantasiyası zamanı aşkarlanıb.
Hospitaldan verilən məlumata görə, S.Bremholl həmin hərfləri "yazmaq" üçün arnoqoplahmalı koaqulyatordan istifadə edib. Bu koaqulyatordan cərrahiyyə əməliyyatları zamanı qan damarları kəsiləndə onları mümkün qədər tez bərpa etmək üçün yararlanırlar.
Hospitalda 12 il işləmiş S.Bremholl təcrübəli, peşəkar transplantoloq hesab olunurdu. O, indiyədək minlərlə əməliyyat aparıb.
Başabəla cərrahın iki pasiyentin qaraciyərinə "S " və "B" yazdığı dəqiqləşib.
S.Bremholla həkim praktikası yasaqlanıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin