Bakıda tikilməkdə olan bina uçub - YENİLƏNİB - FOTO

9 Dekabr 2017 20:26

20:26

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb. 

----------

19:34

Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
 
Beton günorta saatlarında tökülüb.
 
Hadisə yerinə xilasedicilər cəlb edilib.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin