İlhamə Quliyevanın oğlu Orxan Nadirov axtarışda olub

9 Dekabr 2017 12:00

Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində