Futbolçunun atası narkobaron çıxdı

25 Mart 2010 21:30
Fanat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis oyunçunun atası Ted Terri bir barda kokain satdığına görə həbs edilib.

Məlumatlara görə, bir jurnalist alıcı qılığına girərək Ted Terridən "mal" istəyib. Futbolçunun atası isə aldanaraq Esseksdəki "Unit4" adlı barın tualetində ona 3 paket kokain verib və bu zaman şəkili çəkilib. Ted Terri jurnalistin dostu üçün daha çox "mal" gətirəcəyini, lakin Con Terrinin atasını olduğunu açıqlanmamasını istəyib. Polis ata Terrini həbs etdikdən sonra görüntüləri incələməyə və şahidləri dindirməyə başlayıb.

Lakin Ted Terri həbsdə uzun müddət qalmayıb. Barın yaxınlığında oğlunun 250 min funt-sterlinqə aldığı evdə yaşayan ata Terri vəkilinin müşayəti ilə polisə təslim olsa da, pul qarşılığında zaminə buraxılıb. Onun həbs edilib-edilməyəcəyi gələn ay bilinəcək.

Milli.Az