XİN: Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

7 Dekabr 2017 20:28

Polşa Dağlıq Qarabağ münaqişəsinin, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həllinə sadiqdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Polşanın xarici işlər nazirinin müavini Bartoş Çixotskiy deyib.

O bildirib: "Biz inanırıq ki, ATƏT münaqişənin həllində daha vacib rol oynamalıdır".

Milli.Az