Tokioda bıçaqlı hücum - 1 ölü

7 Dekabr 2017 19:20

Yaponiyanın paytaxtı Tokioda bıçaqla silahlanmış naməlum şəxs dörd nəfərdən ibarət qrupa hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb.

Hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır.

Milli.Az