“Bavariya”dan “Beşiktaş”a ismarıc FOTO

7 Dekabr 2017 19:54

Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə Almaniya "Leyptsiq"ini 2:1 hesabıyla məğlub edən "Beşiktaş" 1/8 finala Türkiyə futbolu tarixində ilk dəfə 14 xal toplayaraq, qrup lideri kimi vəsiqə qazandı.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, matçın ardından "qartallar"ın ingiliscə rəsmi "tvitter" hesabında bu amil xüsusi vurğulanaraq, "Qrupdan lider olaraq və bir türk komandasının qazandığı ən yüksək xalla çıxdıq. Növbədə kimdir?" statusu paylaşılıb.

Türkiyə klubunun bu paylaşımına Almaniyanın ÇL-dəki digər təmsilçisi "Bavariya"nın cavabı gecikməyib. Münhen klubu yarımmüdafiəçisi Xames Rodriqesin əl yelləyən videosunu paylaşaraq, "Beşiktaş"a ismarıc göndərib.

Xatırladaq ki, "Bavariya" qrup mərhələsini ikinci pillədə başa vurduğundan, 1/8 finalda "Beşiktaş"la qarşılaşa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində