İstanbulda silahlı hücum: Yaralılar var

7 Dekabr 2017 16:44

İstanbulun Beşiktaş rayonunda ofislərdən birinə silahlı hücum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

İnsidentlə bağlı çox sayda şübhəli şəxsin saxlanıldığı bildirilir.

Milli.Az