41 illik evlilik bitir - tanınmış aktyor boşanır

7 Dekabr 2017 19:14

"Leyla və Məcnun" serialında "Ağ saqqalı dədə" obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyurlar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanması ilə bağlı bunları deyib: "3 ildir, onunla ayrı yaşayırıq. Birlikdə razılığa gələrək boşanmağa qərar verdik. Hər hansı təzminat tələbimiz yoxdur. Evliliyimizin təməli sarsıldığına görə boşanmağımıza qərar verilməsini istədik".

Qeyd edək ki, Köksalla Jalə 1976-cı ildə ailə qurub. Cütlüyün 35 yaşlı bir qızı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində