"Qarabağ" ən az zərbə vuran komanda oldu

7 Dekabr 2017 19:30

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində rəqib qapısı istiqamətində ən çox və ən az zərbə vuran komandalar müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, ən çox zərbəni İngiltərə "Liverpul"u endirib.
Sonuncu turda Rusiya "Spartak"ını 7:0 hesabı ilə məğlub edən mersisaydlılar orta hesabla 19 zərbə vurublar. Siyahıda 2-ci sırada 18,2-lik göstərici ilə İspaniya "Real Madrid"i qərarlaşıb. "Üçlüy"ü qapayan Almaniya "Bavariya"sı isə orta hesabla 17 zərbə vurub.

Qrup mərhələsində çıxış edən 32 klub arasında ən zəif göstərici Azərbaycan çempionu "Qarabağ"a məxsusdur. Ağdamlılar orta hesabla 6,3 dəfə rəqiblərini narahat ediblər.

Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ" qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində