Həmas lideri 8 dekabrı "qəzəb günü" elan etdi - FOTO

7 Dekabr 2017 14:44

Amerikanın Qüdslə bağlı qərarından sonra Həmas hərəkatının liderlərindən olan İsmayıl Haniyə ordusunı İsrailə qarşı "yeni intifada (üsyana)"ya çağırıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Həmas hərəkatının lideri İsmayıl Haniyə Qəzzadakı çıxışı zamanı "Düşmənə qarşı yeni intifadaya başlamaq lazımdır. Tramp peşman olana qədər intifadanı davam etdirmək istəyirik".

Haniyə 8 dekabr cümə gününü "Qüdsə azadlıq" şüarı ilə "qəzəb günü" elan edib.

O, digər ərəb ölkələrini Amerika ilə əlaqələrini kəsməyə səsləyib və bildirib ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına görə peşman olacaq.

Qeyd edək ki, Trampın Qüdslə bağlı qərarından sonra Fələstində etiraz aksiyaları başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az