"Dağlıq Qarabağda döyüşlərin intensivləşməsi ciddi narahatlıq yaradır" - ATƏT PA-nın prezidenti

7 Dekabr 2017 14:27

"Tərəfləri münaqişənin həll olunmasına daha çox diqqət ayırmağa çağırıram".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

G.Tsereteli münaqişənin həllinə daha çox diqqət yetirilməsinə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi və Ukrayna və onun ətrafında baş verən böhranı həll etməyə çağırıb.

ATƏT PA-nın prezidenti deyib: "ATƏT PA-nın sədri kimi, mən ATƏT ərazisindəki bütün münaqişələrdən narahatam".

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində