Romada polis məntəqəsi qarşısında PARTLAYIŞ

7 Dekabr 2017 14:33

İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, partlayışın törətdiyi fəsadlar ciddi olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İlkin versiya olaraq, partlayışın anarxistlər tərəfindən törədildiyi ehtimal olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində