Xamenei ABŞ-ı ittiham etdi: Müharibə istəyirlər

6 Dekabr 2017 15:33

ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir, "düşmənlərin" Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların acizliyindən xəbər verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib.

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.

İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib: "Onların əli "Fələstin məsələsində" bağlıdır və məqsədlərinə nail ola bilmirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində