BBC canlı yayım edilən sosial şəbəkələrlə bağlı araşdırma aparıb.
Milli.Az bildirir ki, araşdırmaya görə "Periscope", "Omegle" kimi məşhur saytlara azyaşlı qızlar da daxil olur. Bu azyaşlılar isə onun canlı yayımına baxan oğlanlar tərəfindən əxlaqsızlıq etməyə məcbur edilirlər.
Belə ki, Perisope-da test üçün canlı yayım edən 14 yaşlı qız qısa müddət ərzində onlarla əxlaqsız təklif alıb.
National Crime Agency-nin verdiyi məlumata görə Birləşmiş Krallıqda 190 kişi qız uşaqlarına qarşı əxlaqsızlığa görə saxlanılıblar.
Bu səbəbdən də valideynlər azyaşlı qızlarını sosial şəbəkələrdən uzaq tutmağa çağırılıb.
Emin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində