Kişinin döşləri böyük olarsa, nə etməlidir? - FOTO

29 İyul 2011 14:59
Milli.Az xəbər portalı ABC-yə istinadən bildirir ki, amerikalı Erik Holler həyatının ən ağır və çətin problemini həll edib. 1994-cü ildə Hollerin ürəyinin üstündə, sinəsində kiçik şiş yarananda o, sonradan başına gələcəkləri ağlına da gətirməzdi.

Həkim müayinəsində həmin şişin xərçəng şişi olduğu bilindi. Cərrahiyyə əməliyyatı aparıldı, şiş böyüməmiş kəsildi və Holler xərçəngdən qurtuldu.
Amma bunun müqabilində onun orqanizmində ginekomastiya yarandı.

Ginekomastiya - kişilərin sinəsinin böyüməsi və qadın sinəsinə bənzəməsidir.
Hollerin də sinəsi böyüdü, tanış-biliş onu ələ salaraq "Arvadının büstqalterini geyinsənə!" deməyə başladı.

Holler sinəsindəki problemi aradan qaldırmaq üçün transformasiya məqsədli plastik cərrahiyyə əməliyyatına məruz qalıb.
Birləşmiş Ştatlardakı Plastik Cərrahiyyə Assosiasiyası ekspertlərinin dediklərinə görə, ginekomastiya və ya kişilərdə döşlərin böyüməsi təsəvvür edildiyindən də geniş yayılmış xəstəlikdir.
Son hesablamalara görə, amerikalı kişilərin 30 faizində döş vəzinin ölçüləri normadan xeyli böyükdür.

Bunun səbəbi isə piylənmə, izafi çəki, dərman preparatlarının qəbulunun yaratdığı arzuolunmaz effekt və hormonal problemlərdir.
Ginekomastiya problemi invaziv cərrahiyyə ilə yanaşı, lipoksasiya və lazer tətbiqi ilə aradan qaldırılır.

Əməliyyata qədər özünü pis hiss etdiyini deyən Holler adam çox olan yerlərdə, xüsusilə də çimərlikdə heç zaman köynəyini çıxarmadığını bildirib.
"Yayın istisində belə, çimə bilmirdim, əzab çəkirdim", - Holler deyib.

Hollerin xanımı, üç uşaq anası Ketinin dediyinə görə, əri indi özünü əla hiss edir.

Milli.Az