Bu ilin adamı seçildi

5 Dekabr 2017 16:25

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud "Time" jurnalının oxucuları tərəfindən "İlin adamı" seçilib.

Milli.Az bildirir ki, 32 yaşlı şahzadə onlayn səsvermədə səslərin 24 faizini toplayıb.

Məhz şahzadə Məhəmməd krallıqda korrupsiya ilə mübarizəyə başlayıb. Ötən ayın əvvəllərində onun əmri ilə kral ailəsinin 11 mənsubu, habelə 48 nazir və sabiq nazir tutulub

Reytinqdə 2-ci yeri "#MeToo" ("Mən də") kampaniyası tutub. Kampaniya iştirakçıları təcavüz qurbanları olmalarından bəhs edirlər.

3-cü yeri 5 faiz səslə Amerika futbolu oyunçusu Kolin Kapernik, xüsusi prokuror Robert Müller və qanunsuz miqrantların övladları olan "Arzulara dalanlar" tutublar.

Time jurnalı "İlin adamı"nın adını dekabrın 6-da açıqlayacaq.

Adətən, redaksiyanın seçimi oxucuların seçimindən fərqlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin