Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın HAVAsı

5 Dekabr 2017 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 6-11, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Dekabrın 06-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində