Britaniyanın paytaxtı Londonda "The Fashion Awards 2017" mükafatlarının təqdimat mərasimi keçirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Royal Albert Hall"dakı mərasimə qatılanlar arasında moda biznesinin aparıcı mənsubları, aktyorlar, musiqiçilər və idman ulduzları vardı.
Qonqalar arasında Karli Kloss, Selena Qomes, Vinni Harlou, İrina Şeyk, Zendaya, Eşli Qrem, Hayli Bolduin, Naomi Kempbell, Ledi Ameliya Uindzor, Rita Ora, Kayya Qerber, Meysi Uilyams, Syuki Uoterhaus, Piksi Lott və başqaları vardı.
"The Fashion Awards 2017"in laueratlarını təqdim edirik:
"Britaniya modasına töhfələrinə görə" - Kristofer Beyli
"Britaniyada ilin kişi paltarı dizayneri" - Kreyq Qrin
"Britaniyada ilin qadın paltarı dizayneri" - Conatan Anderson
"İlin aksessuarları" - Conatan Anderson
"Pozitiv dəyişikliklərə görə Swarovski mükafatı" - Mariya Qrasiya Çiuri
"Ən yaxşı urbanistik dizayn" - "Off-White"
"Kreativ modaya görə İzabella Blou mükafatı" - Pet MakQrat
"Britaniyada qadın paltarı sahəsində yeni istedad" - Maykl Helpörn
"Britaniyada kişi paltarı sahəsində yeni istedad" - Çarlz Ceffri
"Biznes lideri" - Marko Bizzarri
"İlin innovasiyaları" - Stella MakKartni
"İlin stili" - Donatella Versaçe
"İlin dizayneri" - Raf Saymons
"İlin modeli" - Advoa Aboa
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin