Sağlamlıq problemləri, görünüşü ilə asanlıqla müəyyən edilə bilər və dərimiz bunun bir göstəricisidir. Bu səbəblə dərimizin bizə verdiyi siqnallardan xəbərdar olmağımız lazımdır.
Milli.Az kenquru.az-a istinadən bildirir ki, bədənimizdə çıxan, ya da çıxacaq ləkələrin nə məna verdiyinə baxaq.

Dərinizdə qəfil ortaya çıxan tünd rəngli ləkələr, adrenalin çatışmazlığı və ya başqa bir adıyla Addison xəstəliyinin bir əlaməti ola bilər.

Tünd dəri dəri üzərində ağ ləkələrin görülməsi dərinin piqmentasiya itkisi ilə xarakterizə edilən bir xəstəlikdir.

Dərinizdəki ani qızartılar, orqanizminizdə bir problem olduğunu göstərir. Ərzaq, evdəki kimyəvi maddələr və dərmanlara allergiyanız ola bilər və ya su çiçəyi, yaxud qızılca kimi xəstəliklərə tutulmuş ola bilərsiniz.
Tiroid / Qalxanabənzər vəz - tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir.
Bu vəziyyət, tiroidin kifayət qədər hormon ifraz etməyədiyində ortaya çıxa bilər.

Dəridə görünməsinin bir çox səbəbi var. Bəzi insanlar bunun doğum ləkəsi olduğunu deyirlər. Digər səbəblər isə həddən artıq ultrabənövşəyi şüalanma və ya hormonal pozulmalar ola bilər.

Sızanaq üçün bir çox səbəb var: Üz dərisini tıxayan həddindən artıq dəri yağı, hormonal pozuntu və ya həzm problemlərindən əmələ gələ bilər.

Soyulmanın səbəbi: Vitamin çatışmazlığı, hormonal pozğuntu, allergik reaksiyalardan əlavə həmçinin eboreik dermatit, sədəf (dəmro) kimi xəstəliklər səbəbindən ola bilər.

Həddindən artıq tərləmə hər hansı bir xəstəliklə arta bilər. Bir çox xəstəliyin səbəbləri arasında həddindən artıq tərləmə var. Qalxanabənzər vəzinin çox işləməsi, köklük, böyrəküstü vəz xəstəlikləri, şəkər xəstəliyi, infarkt halları, xərçənglər, stress, psixiatrik xəstəliklər, həm də immun sisteminin zəifliyi kimi bir çox xəstəlik həddindən artıq tərləməyə yol aça bilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin