Neft ucuzlaşır

4 Dekabr 2017 09:55

Dünya birjalarında neft ucuzlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 0,74% azalaraq 57,93 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,56% azalaraq 63,37 dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində